Bakıda ağır qəza: Avtobus betonqarışdıran maşınla toqquşdu, yaralılar var - VİDEO - YENİLƏNİB

Bu gün səhər saatlarında Binəqədi şossesində baş verən yol nəqliyyat hadisəsi ilə əlaqədar müntəzəm marşrut xəttinin istismarda olduğu “Manella MMC”-nin rəhbəri Qurbanəli İsmayılov Bakı Nəqliyyat Agentliyinə dəvət olunub.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Bildirilib ki, yol nəqliyyat hadisəsi zamanı “Manella MMC”-nin müvəqqəti istsimarında olan 108 A müntəzəm marşrut xətti üzrə 10 TG 635 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu betonqarışdıran avtomobillə toqquşub.
Hadisəylə bağlı BNA tərəfindən müvafiq araşdırma aparılır.
11:12
Paytaxtın Binəqədi şoşesi istiqamətində avtobusla betonqarışdıran maşının toqquşması nəticəsində dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu barədə Oxu.Az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.
Bildirilib ki, Binəqədi rayonu ərazisində baş vermiş qəzada üç nəfər müxtəlif xəsarətlərlə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib, vəziyyətləri orta-ağır kimi qiymətləndirilib. Bir nəfər isə tibbi yardımdan imtina edib.













