Bakıda ağır qəza: Fikri yoldan yayınan sürücü maşını avtobusa çırpdı - VİDEO

Bakıda baş verən ağır yol-nəqliyyat hadisəsinin görüntüləri müşahidə kamerası tərəfindən qeydə alınıb. Avtosfer.az xəbər verir ki, qəza paytaxtın hava limanı yolunda baş verib.
Görüntülərdən görünür ki, yüksək sürətlə hərəkət edən "Mercedes" markalı avtomobil qarşısında geriyə dönmə manevri edən avtobusa çırpılıb. Toqquşmanın təsirindən ağır qəza baş verib.
Hadisənin dəqiq səbəbi məlum olmasa da, sürücünün ya yuxuladığı, ya da diqqətinin yoldan yayındığı ehtimal edilir. Çünki görüntülərdə avtomobilin sürətini azaltmadan birbaşa avtobusa doğru hərəkət etdiyi müşahidə olunur.
Mütəxəssislər sürücülərə yorğun və yuxusuz halda sükan arxasına əyləşməməyi, həmçinin hərəkət zamanı telefondan istifadə etməməyi tövsiyə edirlər. Unutmaq olmaz ki, bir anlıq diqqətsizlik və ya yuxulama ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.
Fərid
Piyadanı maşın vurdu, iş məhkəməyə düşdü - Bu dəfə sürücüyə cəza verilmədi
Bakı-Qazax yolunda "Lexus" "KamAZ"a çırpıldı - VİDEO
Bakıda “BYD” ilə toqquşan “Hyundai” səkiyə dırmaşdı - VİDEO
Faciəvi qəzada ölən yeniyetmənin FOTOsu
Bakıda minik maşını yük avtomobilə çırpıldı: ÖLƏN VAR
İki yük avtomobilinin toqquşduğu ərazidə hərəkət bərpa olundu - YENİLƏNİB
Bakıda iki avtomobil toqquşdu, yol nişanı aşdı - VİDEO
Masallıda minik avtomobili yük maşınına çırpıldı: Ölən var - VİDEO
Kəlbəcərdə ər-arvad qəzaya düşdü - Ölən var - FOTO
Qadın sürücü avtobusa yol verməyib qəza törətdi; digərini təhqir etdi - VİDEO - FOTO
Bakıda dəhşətli qəza: “Lada” yük maşınının altında qaldı - VİDEO














