Bakıda ağır qəza - "Land Rover" "Hyundai"la toqquşdu - FOTO - YENİLƏNİB

"Bakının Binəqədi rayonunda, Azadlıq prospektində baş verən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb".
Bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru Rüstəm Əhmədli deyib.
O bildirib ki, hadisə gecə saat 01:00-da paytaxtın Azadlıq prospektində qeydə alınıb: "Kamil Rüstəmzadənin idarə etdiyi 90-LA-990 dövlət nömrə nişanlı "Land Rover" markalı avtomobillə Əhliman Məmmədovun idarə etdiyi 77-YS-564 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində "Hyundai" markalı avtomobilin sərnişini Nurlana Mustafa qızı Əhmədova xəsarət alıb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır".
(oxu.az)
***
09:13
Bakının Binəqədi rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi iki nəfərin xəsarət alması ilə nəticələnib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Azadlıq prospektində qeydə alınıb.
Belə ki, “Land Rover” markalı avtomobilin sürücüsü sükana nəzarəti itirərək nəqliyyat vasitəsini işıqforun qırmızı işığında dayanan “Hyundai” markalı avtomobilə çırpıb.
Qəza nəticəsində “Hyundai” və “Land Rover” markalı avtomobillərdə olan sərnişinlər müxtəlif bədən xəsarətləri alaraq Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları faktla bağlı araşdırma aparır.







Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












