Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib - FOTO

Bakının Yasamal rayonunda, Tbilisi prospektində baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı ölən sürücünün kimliyi məlum olub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, qəza zamanı ölən sürücü 1982-ci il təvəllüdlü İmişli rayon sakini Haxverdyev Xalid Əlirza oğludur. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları və kinoloqlar cəlb edilib.
***03:24
Bakının Yasamal rayonunda, Tbilisi prospektində baş vermiş ağır yol-nəqliyyat hadisəsinin bir sıra təfərrüatları məlum olub. Qəza zamanı ölən sürücü hadisədən bir qədər əvvəl atası ilə telefonla danışaraq hərəkətdə olan "Howo" markalı yük avtomobilini saxlaya bilmədiyini bildirib. Hadisə şahidlərinin sözlərinə görə, əvvəlcə yük avtomobilinin təkəri sıradan çıxıb. Nəqliyyat vasitəsinə idarəetməni itirən sürücü avtomobili tərk etmək istəyərkən onun təkəri altında qalıb.
Qəza zamanı daha bir nəfərin öldüyü ehtimal edilir. Əraziyə ağır texnika cəlb edilib. Hadisə zamanı aşmış avtomobildən əraziyə dağılmış qumun təmizlənilməsi və ehtimal edilən ikinci cəsədin axtarışları davam etdirilir.
Qeyd edək ki, yük avtomobilinin aşması nəticəsində yola dağılmış qumun bir hissəsi təmizlənib və hərəkət nisbətən bərpa edilib.
***02:33
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Yasamal rayonunda, Tbilisi prospektində baş verib.
Belə ki, içi qumla dolu "Howo" markalı yük avtomobili prospektdə hərəkətdə olarkən aşıb. Qəza nəticəsində 1 nəfər hadisə yerində ölüb. Onun cəsədi parçalanmış formada müəyyən edilib.
Hadisə zamanı daha 1 nəfərin də öldüyü ehtimal edilir. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib və həmin cəsədin axtarışlarına başlayıb.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO

















