Bakıda ağır yol qəzası baş verib, xilasedicilər cəlb edilib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Avtosfer.az-a verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Shacman” markalı yük avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və hər iki yük avtomobilinin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobillərdə sıxılı vəziyyətdə qalan sürücülər, 1985-ci il təvəllüdlü Ələkbərov Afiq Abbas oğlunu və 1983-cü il təvəllüdlü Məmmədov Şeyyub Xəqani oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Kürdəmirdə ağır qəza: "Audi" dörd piyadanı vurdu - FOTO
Gəncədə “07” "Hyundai"la toqquşdu – 3 nəfər xəsarət aldı – ANBAAN VİDEO
Yandan əsən külək avtomobili belə aşırdı – REAL VİDEO
Motosikleti səkiyə vuran 18 yaşlı sürücü öldü - FOTO
"Neftçi" futbol klubunun məşqçisinin maşınını vurub qaçan SÜRÜCÜ TAPILDI - VİDEO
Lənkəranda zəncirvari qəza - Xəsarət alanlar var - FOTOLAR
Lüks avtomobil məktəbli avtobusunun altına girdi – Sürücü yüngül yaralandı - VİDEO
Beyləqanda “Prado”ya çırpılan “VAZ” tanınmaz hala düşdü - VİDEO
Sumqayıtda zəncirvari qəza - Üç avtomobil toqquşdu - VİDEO
"Neftçi" futbol klubunun məşqçisinin maşınını vurub qaçdılar - 90-KC-160 - FOTO
Masallıda yük maşınıyla toqquşan “VAZ” əzik-əzik oldu - VİDEO










