Bakıda ağır yol qəzasında sürücü maşında yanıb öldü - FOTO

Ötən gecə Bakıda baş verən ağır qəzada sürücü yanaraq ölüb. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Xocalı prospektində qeydə alınıb. Belə ki, sözügedən prospektlə sürətlə hərəkət edən "Chevrolet" markalı avtomobil "Beynəlxalq Sığorta Şirkəti"nin binasına çırpılıb. Zərbənin təsirindən sığorta şirkətinin daşdan hörülmüş pilləkənləri dağılıb. Daha sonra avtomobil yanmağa başlayıb. Maşının ön hissəsi tamamilə sıradan çıxdığından sürücü sükan arxasında sıxılıb. Avtomobili tərk edə bilməyən sürücü yanaraq ölüb.
Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Yanğından Mühafizə İdarəsinin canlı qüvvəsi və texnikası cəlb edilib. Yanan avtomobil söndürülüb. Daha sonra xilasedicilər xüsusi alət və avadanlıqların köməyi ilə yanan avtomobildən sürücünün meyitini çıxarmağa müvəffəq olublar.
Hadisə yerinə Xətai Rayon Polis İdarəsinin əməkdaşları da cəlb olunub. Polisdən verilən məlumata görə, sürücünün üzərində sənəd olmadığından onun kimliyini müəyyən etmək mümkün olmayıb. Avtomobilin 90 VR 913 dövlət nömrə nişanının yol polisinin "bort kompüteri"ndə axtarışı zamanı onun Əhmədov Nicat Mehrab oğluna aid olduğu çıxıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO













