Banner

Bakıda "uçan maşın" ağır qəza törətdi, hər ikisi yolun əks tərəfinə düşdü  - VİDEO

Qəzalar 29 Mart 2021 11:30 Oxunub 1784
Bakıda "uçan maşın" ağır qəza törətdi, hər ikisi yolun əks tərəfinə düşdü  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda yol-nəqliyyat hadisəsi baş verib. Report-un xəbərinə görə, hadisə bayram tətili günlərində paytaxtın Azneft dairəsindən Bayıla gedərkən Əl Oyunları İdman Sarayının qarşısında qeydə alınıb. Belə ki, gecə saatlarında yüksək sürətlə hərəkət edən avtomobil təhlükəsizlik adacığına daxil olub, sonra isə qarşıda gedən maşına çırpılıb. Nəticədə zərbənin təsirindən hər iki avtomomobil əks istiqamətə çıxaraq dayanıb. 

Qəza anı həmin yolda hərəkətdə olan digər avtomobildə quraşdırılmış videoregistrator vasitəsilə qeydə alınıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh