Bakıda ana və qızını maşın vurdu - Ana öldü

Bakının Xəzər rayonunda piyadanın ölümünə səbəb olan yol qəzası baş verib. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, Pirşağı qəsəbəsində hərəkətdə olan “Renault” markalı avtomobil qızı ilə yolu keçmək istəyən 57 yaşlı Zöhrə Əhmədovanın vurub. Nəticədə ana ağır xəsarətlər alıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Zöhrə Əhmədovanın xəsarətləri ağır olduğundan həkimlər onun həyatını xilas edə bilməyiblər. Hadisə yerində polis əməkdaşları müayinələr aparıb. Sürücü saxlanılıb. Avtomobil cərimə meydançasına yerləşdirilib. Faktla əlaqədar Cinayət Məcəllənin 263.3 (anəqliyyat vasitələrinin istismarı qaydalarını pozma nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












