Bakıda “ara işləmək” istəyən sürücü qəza törətdi - ANBAAN VİDEO

Qəzalar 10 İyul 2024 13:30 Oxunub 1070
Bakıda “ara işləmək” istəyən sürücü qəza törətdi  - ANBAAN VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Yasamal rayonu Abdulla Şaiq küçəsində baş vermiş yol-nəaliyyat hadisəsi anbaan kameraya düşüb.

Avtosfer.az xəbər verir ki, qəza iyulun 7-də saat 10:06 radələrində qeydə alınıb. Belə ki, hərəkətdə olan maşın tıxacda dayanmış 90-VN-555 dövlət nömrə nişanlı “Hyundai Azera” markalı avtomobilli arxadan vurub.

Sürücünün iddiasına görə, qəza törətməsinə səbəb avtomobilin əyləc sistemində yaranmış problem olub. Baş verə biləcək təhlükədən yayınmaq üçün o, sola manevr etsə də qəzabaş verib. Nəticədə hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. 

Qeyd edək ki, sürücü qəzanın görüntüsünü  sosial şəbəkə hesabında paylaşıb. 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh