Bakıda ara məsafəsi saxlamayan sürücünün aqibəti - FOTO

Bu gün günorta saatlarında Bakının Ziya Bünyadov prospektində yol qəzası baş verib. Avtosfer.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yüksək sürətlə hərəkətdə olan "Hyundi" markalı avtomobil arxadan "Kamaz" markalı, 99 ZA 636 dövlət nömrə nişanlı yük avtomobilinə çırpılıb. Hadisə zamanı ağır xəsarət alan olmasa da, minik avtomobilinə ciddi ziyan dəyib.
Şahidlərin sözlərinə görə, "Hyundai" markalı avtomobil sürətlə hərəkət edirmiş və düzgün ara məsafəsi saxlamadığı üçün toqquşma baş verib. "Kamaz" sağa dönərkən qəflətən dayanıb, bu zaman "Hyundai" ona çırpılıb. Minik maşınının ön tərəfi tam olaraq "Kamaz"ın altına girib.
Qeyd edək ki, yük avtomobillərinin arxa hissəsində dəmir lövhələr quraşdırılır ki, bu da müdafiə üçün nəzərdə tutulur. Məqsəd odur ki, arzadan toqquşma zamanı minik maşınları yük maşınlarının altına girməsin. Bu fotodan isə belə aydın olur ki, "Kamaz"ın mühafizə lövhəsi olmayıb.
Emin
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO











