Bakıda ara məsafəsini gözləməyən sürücülər qəzaya düşdü - VİDEO

Qəzalar 13 May 2026 11:48
Bakıda ara məsafəsini gözləməyən sürücülər qəzaya düşdü   - VİDEO
WhatsApp kanalımıza abunə olun

Paytaxtın Ziya Bünyadov prospektində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza mayın 12-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 77-VL-183 dövlət nömrə nişanlı “BYD” markalı, “Hyundai” markalı və “Toyota” markalı nəqliyyat vasitələri toqquşub.

Şahidlərin sözlərinə görə, hadisəyə səbəb sürücülərdən birinin ara məsafəsini düzgün saxlamaması olub. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə maddi ziyan dəyib.

Hadisə səbəbindən prospektdə nəqliyyatın hərəkətində qısamüddətli sıxlıq yaranıb.

Nərmin

Oxunub : 202
ŞƏRH YAZ
Ad

E-mail

Şərh