Bakıda ara məsafəsini qorumayan sürücü qəza törətdi - VİDEO
Qəzalar
29 Noyabr 2022 11:38
Oxunub 1174

Bakıda ara məsafəsini düzgün seçməyən sürücü qəza törədib. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Koroğlu Rəhimov küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Opel” markalı avtomobilin sürücüsü qəfil tormoz verən zaman görüntünü qeydə alan sürücü onu arxadan vurub. Qəza nəticəsində darəetməni itirən sürücü əks yola çıxıb.
“Yol hərəkəti haqqında” qanunun 50-ci maddəsində qeyd olunub ki, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Çox təəssüf ki, sürücülər bu tələblərə əməl etmədikləri üçün yollarda belə qəzalar tez-tez baş verir.
Fərid
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













