Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - VİDEO - YENİLƏNİB

Bakıda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırmalar aparılır.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib:
"Ayşən LTD" MMC-nin müvəqqəti istismarında olan 214 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobus piyada səkisinə çıxaraq 214A nömrəli avtobusdan düşən sərnişini vurub. Hadisə ilə əlaqədar təəssüfləndiyimizi bildiririk və həyatını itirən şəxsin yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. Hadisənin başvermə səbəbləri və sürücünün hərəkətlərində hüquqi məsuliyyət doğuran hallar araşdırmanın nəticələrinə əsasən müəyyən ediləcək.
Sözügedən marşrutda mütəmadi olaraq sərnişindaşıma norma və qaydalarının pozulması halları baş verdiyindən marşrut xətti müsabiqəyə çıxarılıb. Artıq AYNA tərəfindən keçirilən müsabiqə nəticəsində 214 və 214A nömrəli marşrutlar üzrə yeni daşıyıcı müəyyən edilib. Yaxın günlərdə yeni daşıyıcı xətlərin istismarını həyata keçirəcək".
***18:27
Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
"Faktla bağlı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İstintaq hərəkətləri aparılır", - məlumatda qeyd olunub.
***12:24
Bakıda ağır yol-nəqliyyat hafisəsi olub. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisəyə dair görüntülər sosial şəbəkədə yayılıb.
Məlumata görə, dünən saat 18:49-da Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni Ramana yolunda 214 saylı marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı, 10 TG 815 dövlət qeydiyyat nişanlı avtobus piyadanı vurub.
Belə ki, yaşlı qadın digər avtobusdan düşərkən arxadan gələn nəqliyyat vasitəsi onu vurub, daha sonra üstündən keçib.
1951-ci il təvəllüdlü Bağda Sovin qızı aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO












