Bakıda avtobus qəzası - Maşın sərnişin dolu avtobusu yol kənarına sıxışdırdı

Şüvəlan ərazisində yol-qəza hadisəsi qeydə alınıb. Avtosfer.az cebhe.info-ya istinadən xəbər verir ki, 90-VX-137 dövlət nömrə nişanlı 136 nömrəli avtobus Şüvəlan ərazisində qəzaya uğrayıb. Şahidlərin sözlərinə görə, yaxınlıqdakı nəqliyyat vasitəsi avtobusu yol kənarına sıxışdırıb, nəticədə qəza baş verib. Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev qəzada xəsarət alanların olmadığını, avtobusun isə hazırda yenidən xəttə buraxıldığını bildirib: “Səhər saatlarında 136 nömrəli avtobus Şüvəlan ərazisində qəzaya uğrayıb. Biz daşıyıcı ilə dərhal əlaqə saxladıq. Onlar da qəza faktını təsdiq etsələr də xəsarət alanların olmadığını bildirdilər. Digər nəqliyyat vasitəsi avtobusu sıxışdırıb, nəticədə avtobus yoldan çıxıb. Sərnişinlər xəsarət almayıb və hazırda avtobus yenidən baxışdan sonra xəttə buraxılıb”.
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ












