Bakıda avtobus "Range Rover"lə toqquşdu - FOTO - YENİLƏNİB

"BakuBus" MMC-nin balansında olan 10 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan 77-JB-913 dövlət qeydiyyat nişanlı avtobusun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi bu gün saat 08:55-də qeydə alınıb".
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva deyib.
"Avtobusu idarə edən sürücü Salmanov Elməddinin verdiyi ilkin məlumata əsasən, hadisə minik avtomobilinin qəfil şəkildə avtobusun qarşısına çıxması səbəbilə baş verib. Hadisə zamanı sərnişinlər arasında xəsarət alan olmayıb.
Sərnişinlərin təhlükəsiz və fasiləsiz daşınmasını təmin etmək məqsədilə onlar operativ şəkildə 10 nömrəli müntəzəm marşrut xəttinə məxsus digər avtobusa yönləndiriliblər və marşrut xəttinin qrafiki qısa müddətə bərpa olunub. Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib və araşdırma aparılır", - deyə Ə. Əliyeva qeyd edib.
***10:11
Bakıda sərnişin avtobusu qəza törədib.
Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu Ağ şəhər ərazisində qeydə alınıb.
10 nömrəli marşrut avtobusu "Range Rover" markalı avtomobillə toqquşub. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib.
Qəza nəticəsində xəasrət alanların olması barədə məlumat yoxdur.
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
Bakı-Quba yolunda qəza: Ölən var
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO
Şamaxıda ağır QƏZA - VİDEO
Döngədə idarəetmədən çıxan “KIA” işıq dirəyini və dəmir maneələri dağıtdı; sürücü yaralandı - VİDEO
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB
Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO
Hövsanda motosiklet “Mercedes”ə çırpıldı, sürücü bir neçə metr kənara düşdü - REAL VİDEO
Mingəçevirdə qəza: “Chevrolet” sürücüsü “VAZ”ı vurub maneəyə sıxışdırdı - VİDEO
Bakı–Quba yolunda yük maşınının qoşqusu körpüyə çırpıldı - ANBAAN VİDEO
Bakıda mikroavtobus divara çırpıldı - VİDEO














