Bakıda avtobus vəkili vurub öldürdü

Bakının Nəsimi rayonu Rövşən Cəfərov küçəsində piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, 165 nömrəli marşut xətti üzrə hərəkət edən avtobusunun sürücüsü Nurəddin adlı şəxs metronun "20 Yanvar" stansiyası yaxınlığından üzü 3-cü mikrorayon dairəsi istiqamətində hərəkətdə olub. Bu zaman onun qarşısına 58 yaşlı Esmira Zeynalova çıxıb.
Şahidlərin verdiyi məlumata görə xanım yolun əks istiqamətinə, yaşadığı binaya keçirmiş.
Əraziyə cəlb edilən hüquq mühafizə orqanlarının əməkdaşları ekspertizia işləri aparıblar. Meyit müayinə olunması üçün məhkəmə tibb ekspertizasına göndərilib.
Dünyasını dəyişən piyada 58 yaşlı Esmira Zeynalovanın qohumlarının dediyinə görə, mərhum vəkil işləyirmiş. Hadisə baş verməmişdən əvvəl isə o, işdən evə qayıdırmış.
Baş vermiş hadisənin dəqiq səbəbləri aparılacaq ekspertiza işlərindən sonra məlum olacaq.
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO










