Banner

Bakıda avtobus zəncirvari qəzaya uğradı - Çoxsaylı yaralı var - VİDEO

Qəzalar 4 Noyabr 2025 21:18 Oxunub 902
Bakıda avtobus zəncirvari qəzaya uğradı  - Çoxsaylı yaralı var - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Binəqədi rayonu, Biləcəri qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə 202 nömrəli avtobusla “Prius” və “Sonata” markalı avtomobillərin toqquşması nəticəsində qeydə alınıb.

Toqquşmadan sonra 202 nömrəli avtobus yol kənarında yerləşən obyektə çırpılıb.

Nəticədə avtobusun sürücüsü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Əraziyə dərhal təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.

Hadisə səbəbindən ərazidə ciddi tıxac yaranıb. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh