Bakıda avtobusu su basdı - YENİLƏNİB - VİDEO - FOTO
Qəzalar
16 Noyabr 2020 11:17
Oxunub 862

Bakı Nəqliyyat Agentliyi hava şəraiti ilə əlaqədar paytaxt yollarındakı vəziyyətlə bağlı açıqlama yayıb.
BNA-nın mətbuat katibi Mais Ağayev bildirib ki, hazırda davam edən yağışla əlaqədar bəzi ərazilərdə su yığılması halları müşahidə olunur:
“Bu da, öz növbəsində, nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradır. Sürücülərə belə ərazilərdən keçərkən diqqətli olmalarını tövsiyə edirik”.
10:59
Bakıda yağan güclü yağış nəticəsində avtobusu su basıb.
Avtosfer.az Oxu.Az-a istinadən xəbər verir ki, “Baku Bus”ın 21 nömrəli müntəzəm avtobusunu Nobel prospektində su basıb.
Həmin görüntüləri təqdim edirik:
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













