Banner

Bakıda avtobusun iştirakı ilə 6 avtomobil toqquşub, xəsarət alanlar var - FOTO - VİDEO

Qəzalar 26 Oktyabr 2022 10:49 Oxunub 2950
Bakıda avtobusun iştirakı ilə 6 avtomobil toqquşub, xəsarət alanlar var - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakının Xətai rayonunda ağır yol qəzası baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə 8 Noyabr prospektində qeydə alınıb.

Belə ki, 1971-ci il təvəllüdlü Məmmədov Elmar Qəzənfər oğlu idarə etdiyi “Volga” markalı avtomobillə eyni istiqamətdə olan BakuBus MMC-yə məxsus sərnişin avtobusuna çırpılıb.

Daha sonra E.Məmmədovun idarəetməsindən çıxan “Volga” hərəkətdə olan “Mazda”, “BMW” və hərəkətsiz dayanan “Ravon” markalı maşınlarına çırpılaraq dayanıb.

Zərbənin təsirindən “Ravon” qarşısında hərəkətsiz vəziyyətdə dayanan “KIA” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində “Volga”-nın sürücüsü E.Məmmədov və sərnişini xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.

apa

Bakıda avtobusun iştirakı ilə 6 avtomobil toqquşub, xəsarət alanlar var - FOTO  - VİDEO Bakıda avtobusun iştirakı ilə 6 avtomobil toqquşub, xəsarət alanlar var - FOTO  - VİDEO Bakıda avtobusun iştirakı ilə 6 avtomobil toqquşub, xəsarət alanlar var - FOTO  - VİDEO

ŞƏRH YAZ
Ad

E-mail

Şərh