Bakıda avtomobil AŞDI: Yaralılar var - FOTO - YENİLƏNİB

Bakı şəhəri, Azadlıq prospektində baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı açıqlanıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Bakı şəhəri Dövlət Yol Polisi İdarəsində məlumat verilib.
Bildirilib ki, hadisə nəticəsində iki avtomobil toqquşub:
"Fevralın 18-i saat 21:30-da Bakı şəhəri, Azadlıq prospekti və Mirəsədulla Qasımov küçəsinin kəsişməsində 77-PL-331 dövlət nömrə nişanlı "Nissan Note" markalı avtomobil ilə 77-UX-573 dövlət nömrə nişanlı "Toyota Corolla" markalı avtomobil toqquşub. Hadisə nəticəsində iki nəfər xəsarət alıb".
***
11:34
Bakı şəhəri, Azadlıq prospektində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son durumu açıqlanıb.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
Bildirilib ki, qəza zamanı xəsarət alan iki nəfər tibbi yardım göstərildikdən sonra evə buraxılıb:
"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə fevralın 18-də saat 21:30-da Nəsimi rayonu, Azadlıq prospekti ərazisindən çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcil tibbi yardım briqadası tərəfindən iki nəfər (qadın cinsli) müştərək travmalar diaqnozu ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Onlar zəruri müayinələrdən keçirilib, tibbi yardım göstərdikdən sonra evə buraxılıblar".(oxu.az)
***
09:05
Bakının mərkəzi küçələrinin birində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb.
Belə ki, hadisə axşam saatlarında, paytaxtın Azadlıq prospektində qeydə alınıb.
Qəza zamanı avtomobil aşıb. Hadisə nəticəsində iki qadının xəsarət aldığı bildirilib.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanlanıb.

Göyçayda iki “VAZ” toqquşdu, sürücülərdən biri xəsarət aldı - VİDEO
Hava limanı yolunda ağır qəza: “BYD” yük maşını ilə toqquşdu - VİDEO
Sürücü düz yolunu getdiyi yerdə qarşıdakı maşına çırpıldı - VİDEO
Ucar sakini Qazaxıstanda yol qəzasında öldü - FOTO - YENİLƏNİB
Ağdərədə qəzada ölən ər-arvadın FOTOsu
Polis qadın piyadanı vuraraq ağır yaralayan motosikletçini axtarır - VİDEO
Bakıda sərnişin avtobusları toqquşub - FOTO - VİDEO
Biləsuvarda iki avtomobil toqquşdu, ardınca ağaca çırpıldı - VİDEO
Ağır qəza BAŞ VERDİ: Ər-arvad öldü
Sumqayıtda qəza: Zərbədən avtomobilin ön təkəri qoparaq yola düşdü - VİDEO
Sükan arxasında yuxulayan sürücü körpüdən aşdı - DYP-dən XƏBƏRDARLIQ - VİDEO










