Bakıda avtomobil dirəyə çırpılıb, xəsarət alanlar var – FOTO+VİDEO
Qəzalar
21 Aprel 2016 10:57

Yararsız vəziyyətə düşən avtomobil cərimə meydançasına aparılıb
Bakının Sabunçu rayonu ərazisində xəsarətlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, Ramana qəsəbəsində yüksək sürətlə hərəkətdə olan “Volkswagen Passat” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil işıq dirəyinə çırpılıb.
Qəza zamanı sürücü xəsarət almasa da, sərnişinlər - 49 yaşlı Təzəgül Əzimzadə və 56 yaşlı Sultan Əzimzadə xəsarətlər alıb. Yaralılar təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıblar.
Yaralı sərnişinlərə ilkin tibbi yardım göstərilib. Həkimlər müayinədən sonra yaralıların vəziyyətinin orta ağır olduğunu bildiriblər.
Hadisə yerində polis əməkdaşları olublar. Sürücünün ifadəsi alınıb. Yararsız vəziyyətə düşən avtomobil cərimə meydançasına aparılıb.

Oxunub : 1571
DİGƏR XƏBƏRLƏR
12 Oktyabr 2026 17:50
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
12 Oktyabr 2026 17:00
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
12 Oktyabr 2026 13:26
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
12 Oktyabr 2026 10:00
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
12 Oktyabr 2026 09:53
İki qadını maşın vurub ÖLDÜRDÜ
12 Oktyabr 2026 08:33
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
11 Oktyabr 2026 21:49
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
11 Oktyabr 2026 18:22
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
10 Oktyabr 2026 22:00
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
10 Oktyabr 2026 18:45
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
10 Oktyabr 2026 18:11
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
10 Oktyabr 2026 17:36
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
ŞƏRH YAZ












