Banner

Bakıda avtomobil idarəetmədən çıxaraq aşıb - FOTO - VİDEO

Qəzalar 30 Avqust 2020 14:31 Oxunub 1600
Bakıda avtomobil idarəetmədən çıxaraq aşıb  - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sabunçu rayonunda bir nəfərin xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Rüstəm Rüstəmov küçəsində qeydə alınıb. “Mercedes” markalı minik avtomobilinin sürücüsü küçə ilə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman nəqliyyat vasitəsi əvvəlcə səkiyə çırpılıb. Daha sonra yol kənarındakı hasarı dağıdaraq aşıb.

Qəza zamanı xəsarət almış sürücü xəstəxanaya çatdırılıb. Əraziyə DYP və təcili tibbi yardım briqadasının əməkdaşları cəlb olunub.

Hadisənin təfərrüatı araşdırılır.

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh