Banner

Bakıda avtomobil piyadanı vurduqdan sonra maşınlara çırpılıb - FOTO - VİDEO

Qəzalar 26 İyul 2022 10:29 Oxunub 1478
Bakıda avtomobil piyadanı vurduqdan sonra maşınlara çırpılıb - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakının Nəsimi rayonunda ağır yol qəzası baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə Süleyman Rüstəm və Salatın Əsgərova küçələrinin kəsişməsində qeydə alınıb.

Salatın Əsgərova küçəsində yüksək sürətlə hərəkətdə olan “Hyundai” markalı maşının sürücüsü yol nişanına məhəl qoymadan yol ayrıcından sürətlə keçərkən Nail Seyidovun idarəetməsində olan “Changan” markalı avtomobilə çırpılıb. Daha sonra sonra “Hyundai” yol kənarında dayanan piyadanı vurub. İdarəetmədən çıxan maşın hərəkətsiz dayanan “Toyota Prius” markalı maşına çırpıldıqdan sonra “Hyundai” yol kənarındakı daha bir “Toyota” markalı maşına çırpıldıqdan sonra dayanıb.

Bundan sonra hadisə şahidləri piyadanı və ağır xəsarət alan “Hyundai”ın sürücüsünü 1 nömrəli xəstəxanaya çatdırıb.

Qəzanın baş verdiyi ərazidə yaşayan sakinlər bildirib ki, sözügedən ərazidə hər gün yol qəzaları qeydə alınır. Ərazidə yaşayan Nuşirəvan Sadıqov deyir ki, buna səbəb görünməyən olan yol nişanlarıdır.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır. Sürücülərin izahatı alınıb. Avtotexniki ekspertiza təyin edilib.

apa

Bakıda avtomobil piyadanı vurduqdan sonra maşınlara çırpılıb  - FOTO   - VİDEO Bakıda avtomobil piyadanı vurduqdan sonra maşınlara çırpılıb  - FOTO   - VİDEO Bakıda avtomobil piyadanı vurduqdan sonra maşınlara çırpılıb  - FOTO   - VİDEO

ŞƏRH YAZ
Ad

E-mail

Şərh