Bakıda avtomobil piyadanı vurub öldürdü - FOTO

Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə Şəhər şosesində qeydə alınıb. İsa Hümbətov idarə etdiyi VAZ-2107 markalı avtomobillə Zabrat qəsəbəsi istiqamətində hərəkətdə olarkən qəfildən yola piyada çıxıb. Yolun qaranlıq, havanın isə yağışlı olması səbəbindən piyadanı gec görən sürücü maşınla onu vurub. İsa Hümbətov daha sonra yaralı piyadanı avtomobilinə qoyaraq xəstəxanaya gətirib. Müayinə zamanı həkimlər şəxsiyyəti məlum olmayan orta yaşlı kişi piyadanın öldüyünü müəyyən ediblər. Əraziyə polis əməkdaşları gəlib. Müayinələr aparılıb, ölçülər götürülüb. Xəstəxananın həyətində olan avtomobilə də baxış keçirilib. Daha sonra avtomobil cərimə meydançasına aparılıb. Sürücü İsa Hümbətov polis tərəfindən saxlanılıb, onun ifadəsi alınıb. Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar davam edir.

Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












