Piyada yola qaçdı, maşın şadlıq evinə çırpıldı: Xəsarət alanlar var - VİDEO
Qəzalar
7 Mart 2022 11:08
Oxunub 1760

Bakının Nizami rayonunda yol qəzası baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə Bəkir Çobanzadə küçəsində qeydə alınıb.
Belə ki, Azər Əliyev idarə etdiyi “Mercedes-Benz” markalı minik avtomobili ilə hərəkətdə olarkən onun qarşısına qəfil piyada çıxıb.
Sükana nəzarəti itirən sürücü nəqliyyat vasitəsini yol kənarında dayanan VAZ-2106 markalı avtomobilə çırpıb.
Zərbənin təsirindən VAZ-2106 yaxınlıqdakı şadlıq evinin divarına çırpılaraq yararsız hala düşüb.
Hadisə şahidlərinin verdiyi məlumata görə, ümumilikdə iki nəfər xəsarət alıb.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
APA
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













