Bakıda avtomobil skuter sürən azyaşlı qızı vurub öldürdü - VİDEO

Bu gün Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyevə və Rəşid Behbudov küçələrinin kəsişməsində avtomobilin skuteri vurması nəticəsində dünyasını dəyişən azyaşlı qızın kimliyi məlum olub. Avtosfer.az xəbər verir ki, bu haqda Bakı Şəhər DYPİ-nin Təbliğat və ictimai işlər üzrə rəisi polis kapitanı Toğrul Nəsirli məlumat verib. O bildirib ki, hadisə 30 iyul Bakı vaxtı ilə Saat 19:30 radələrində baş verib. Belə ki, həmin ərazidə hərəkət edən “Mercedes” markalı avtomobilin hərəkətdə olan skuteri vurması nəticəsində skuter sürücüsü Əhmədova Ülviyyə hadisə yerində dünyasını dəyişib. Faktla bağlı cinayət işi açılıb.
***
30.07.2025-ci il tarixində saat 19:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonu, D.Əliyeva İlə R .Behbudov küçəsi kəsişməsi ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi hadisəsi ilə bağlı çağırış daxil olub. Avtosfer.az xəbər verir ki, bu haqda TƏBİB-in Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, çağırış əsasında təcili tibbi yardım briqadası ünvana yönləndirilib. Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (qadın cinsli) həkiməqədər ölüm faktı hadisəsi qeydə alınıb.
Qeyd edək ki, sosial şəbəkələrdə adıçəkilən ərazidə avtomobilin skuter sürən azyaşlını vurması ilə bağlı görüntülər yayılıb.
Qarşısına çıxan “KIA”dan yayınan yük maşını divara çırpıldı - ANBAAN VİDEO
İki piyadanı maşın vurdu - ANBAAN VİDEO
Qoyun daşıyan yük maşını yolun ortasına aşdı - VİDEO
Əhməd Rəcəblidə AĞIR QƏZA: Avtomobillərə ciddi ziyan dəydi - VİDEO
Bakıda "Karl Maks"da növbəti qəza: Avtomobillər toqquşdu - VİDEO
Naxçıvanda qəza: 6 nəfər xəsarət alıb - FOTO
Xırdalanda avtomobil aşıb, sürücü xəsarət alıb - VİDEO
Sumqayıtda DƏHŞƏTLİ QƏZA - Sabah toyu olacaqdı...
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO
Gəncədə ağır qəza: Üç yaralı












