Banner

Bakıda "Seat" markalı avtomobil yolun ortasında yandı - VİDEO - YENİLƏNİB

Qəzalar 31 Mart 2021 12:59 Oxunub 1132
Bakıda "Seat" markalı avtomobil yolun ortasında yandı - VİDEO  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda avtomobildə baş verən yanğın söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində 68-BE-669 dövlət nömrə nişanlı "Seat" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

12:40

Bakıda avtomobil yanır.

Bu barədə Avtosfer.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində avtomobil yanması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh