Bakıda avtomobil yaşlı qadını vurub
Qəzalar
15 Yanvar 2018 09:52
Oxunub 749
Hadisəni törədən sürücü yaralını xəstəxanaya yerləşdirilib
Bakıda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hadisə Xətai rayonunda baş verib. Belə ki, Əhmədli qəsəbəsində, Cavanşir küçəsində yolu keçmək istəyən 1967-ci il təvəllüdlü İbadova Dilşən Mirzəbəy qızını minik avtomobili vurub. Hadisəni törədən sürücü yaralını xəstəxanaya yerləşdirilib. Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR