Bakıda avtomobil yolayrıcına çırpılıb, xəsarət alan var - FOTO - VİDEO
Qəzalar
6 Aprel 2022 10:58
Oxunub 2324

Bakının Yasamal rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə prospekti ilə Nazim Hikmət küçəsinin kəsişməsində qeydə alınıb.
Belə ki, “KİA” markalı nəqliyyat vasitəsini idarə edən sürücü sükana nəzarətini itirib.
Qəfil idarəetmədən çıxan maşın beton yolayrıcına çırpılıb.
Sürücü yüngül bədən xəsarətləri alıb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin hadisə yerinə cəlb edilən əməkdaşları araşdırma aparır.
APA
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR
















