Bakıda avtomobillər toqquşub, xəsarət alan var

Bakının Nəsimi rayonu ərazisində xəsarətlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, Abbasqulu ağa Bakıxanov küçəsində Özal Quliyevin idarə etdiyi "Mercedes" markalı avtomobillə Zamin Araztonluya məxsus "Opel" markalı maşın toqquşub.
Qəza nəticəsində "Opel"in sürücüsü Zamin Araztonlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Tibbi müayinədən sonra həkimlər yaralı sürücünün həyatı üçün təhlükənin olmadığını bildiriblər.
Hadisə şahidlərinin sözlərinə görə, qəzaya "Mercedes" markalı avtomobil səbəb olub. Belə ki, ara yoldan Bakıxanov küçəsinə çıxan "Mercedes"in sürücü Özal Quliyevin üstünlük nişanının tələbinə əməl etməməsi qəza ilə nəticələnib.
Hadisə yerində polis əməkdaşları olublar. Avtomobillər cərimə meydançasına yerləşdirilib.
Faktla əlaqədar araşdırmalar aparılır. Qəzanın dəqiq səbəbi araşdırmanın gedişində məlum olacaq.
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO










