Bakıda "Azərsu"nun “Kamaz”ı qurumun qazdığı quyuya düşüb - FOTO - VİDEO

Nərimanov rayonu, Hacı Məmmədov küçəsi ilə Ağa Nemətulla küçəsinin kəsişməsindən keçən kanalizasiya xəttinin yenilənməsi səbəbilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən oktyabrın 3-dən təmir-bərpa işlərinə başlanılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat xidmətindən Baku.ws-ə bildirilib.
Qeyd olunub ki, istismar müddətini başa vurmuş xəttin dəyişdirilməsi üçün qazıntılar zamanı torpaq sürüşməsi Xidmətə məxsus yük maşınının çalaya düşməsinə səbəb olub.
Hazırda nəqliyyat vasitəsinin çıxarılması istiqamətində işlər görülür, xəsarət alan yoxdur.
***16:47
Bakıda "KamAZ" çalaya düşüb.
Avtosfer.az xəbər verir ki, bu barədə məlumat Baku.ws-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, hadisə paytaxtın Nərimanov rayonu, Hacı Məmmədov küçəsində qeydə alınıb:
"3 gündür "Azərsu" ( İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ) ərazidə bu cür quyular qazır. Axırda iş o yerə çatdı ki, öz qazdıqları quyuya öz "KamAZ"ları düşdü".
Bildirilib ki, baş verən hadisə zamanı xəsarət alan olmayıb.
Sözügedən görüntüləri təqdim edirik:
![]()
![]()
![]()
Avtomobil səkidə piyadaları vurdu – 3 ölü, 3 yaralı - VİDEO
Sumqayıtda bacısı ilə birlikdə faciəvi şəkildə ölən 25 yaşlı Ramalın FOTOsu
"Meyvəli"də "Tofaş"la yük maşını toqquşdu - VİDEO
Şirvanda "Mercedes" və "VAZ" toqquşdu: Dörd nəfər ağır yaralandı - FOTO - YENİLƏNİB
Ağsuda qəza: Yeniyetmə oğlan xəsarət aldı - VİDEO - YENİLƏNİB
Qəza zamanı dirək aşdı - 3 kənd işıqsız qaldı - FOTO - VİDEO - YENİLƏNİB
Sükan arxasında halı pisləşdi, avtomobil mağazaya girdi - VİDEO
Yol səhvləri bağışlamır – Siyəzəndəki qəza ilə bağlı DYP-dən AÇIQLAMA - FOTO
Qardaşı ilə faciəli şəkildə həlak olan qız tələbə imiş - 20 yaşlı Səmanın FOTOsu
Zığ yolunda ağır qəza: Özünü itirən sürücü maşını iki dəfə dəmirlərə çırpdı - VİDEO
Ödənişli yolda ağır qəza - Ölənlər var










