Banner

Bakıda bahalı avtomobillər toqquşdu – sürücülər əlbəyaxa oldu - VİDEO - FOTO

Qəzalar 3 İyul 2021 12:15 Oxunub 45636
Bakıda bahalı avtomobillər toqquşdu – sürücülər əlbəyaxa oldu  - VİDEO - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakının Nərimanov rayonunda yol nəqliyyat-hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, Heydər Əliyev prospektində  99-SD-698 dövlət qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü sükana nəzarəti itirib və nəqliyyat vasitəsi qarşıda hərəkət edən 10-CF-005 dövlət qeydiyyat nişanlı  "Range Rover" markalı avtomobilə çırpılıb.  Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib.

Şahidlərin verdiyi məlumata görə, tərəflər arasında dava düşüb.Sürücülər yolun ortasında bir-biriylə əlbəyaxa olub.Əraziyə gələn yol polisləri və hadisəyə tamaşa etməyə yığışanlar onları sakitləşdirməyə çalışıb.

Qeyd edək ki, hadisəni törədən sürücü ərazidən uzaqlaşıb. Nəqliyyat hadisəsinin baş verdiyi ərazidə tıxac yaranıb. Yol patrul xidmətinin əməkdaşları yaranmış tıxacı aradan qaldırıblar. 

Faktla bağlı araşdırma aparılır.

Sözügedən görüntüləri təqdim edirik:

Nərminə Əli

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh