Bakıda "BakuBus" ağaca ÇIRPILDI - VİDEO - YENİLƏNİB

"BakuBus"ın 10 nömrəli marşrut xəttindəki avtobusun ağaca çırpılmasına səbəb ehtiyatsızlıq olub".
Bunu açıqlamasında "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva deyib.
O bildirib ki, ilkin məlumata görə, hadisə nəticəsində avtobusda olan 3 sərnişin yüngül xəsarət alıb:
"Bu gün saat 7:10-da "BakuBus" MMC-nin balansında olan 10 nömrəli marşrut xətti üzrə hərəkət edən 77-JA-658 dövlət qeydiyyat nişanlı avtobus Nazim Hikmət küçəsi, 73 ünvanında (Mirəli Seyidov küçəsi ilə kəsişmədə) hərəkətdə olarkən yol kənarındakı ağaca çırpılıb. Nəticədə ağac qırılaraq dayanacaqda dayanan 90-TE-377 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə aşıb.
İlkin məlumata əsasən, nəqliyyat vasitəsinin sürücüsü Şəhriyar Məcidzadə ehtiyatsızlıq səbəbindən idarəetməni itirib və nəticədə avtobus yoldan çıxaraq ağaca çırpılıb. Hadisə nəticəsində avtobusda olan 3 sərnişin yüngül xəsarət alıb və dərhal təcili tibbi yardım avtomobilinin vasitəsilə 1 saylı Klinik Xəstəxanaya aparılaraq ilkin tibbi müdaxilə edilib, hazırda onların vəziyyəti normaldır.
Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib və hazırda araşdırma aparılır".(oxu.az)
***09:47
Bakı şəhəri, Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Yasamal rayonu, Mirəli Seyidov küçəsi ilə Qəzənfər Musabəyov parkının yaxınlığından keçərkən "BakuBus" MMC-yə məxsus 10 nömrəli marşrut xəttinin avtobusu ağaca çırpılıb.
Sözügedən hadisə nəticəsində ağacın qarşısında duran avtomobilə zərər dəyib.
Hadisə yerindən görüntüləri təqdim edirik:
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB
Qaradağda zəncirvari qəza: 4 maşın bir-birinə girdi - VİDEO
Ötmə qaydasını pozan sürücü qəza törətdi; sərnişin ÖLDÜ - VİDEO
Gəncədə qəza: “Mercedes” və “Chevrolet” toqquşdu - VİDEO












