Bakıda baş verən qəzaların səbəbi açıqlandı - REAL GÖRÜNTÜLƏR - VİDEO

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin paytaxt yollarında quraşdırılmış videomüşahidə kameralarının əhatə dairəsində ötən 9 ay ərzində 1463 yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Bakı şəhər DYPİ-nin əməkdaşlarına dərhal məlumat verilib. Qeydə alınan qəzaların təhlili göstərib ki, bəzi sürücülər yüksək sürətlə nəqliyyat vasitəsini idarə etməklə yanaşı, ara məsafəsinə düzgün əməl etmirlər, yol nişanlarının tələblərini pozurlar. Nəticədə də hadisələr qaçılmaz olur və yollarda bu səbəbdən sıxlıq yaranır. Cari dövr ərzində 1557 texniki nasaz nəqliyyat vasitəsinin yollarda qalması da digər nəqliyyat vasitələrinin sərbəst və fasiləsiz hərəkət etməsinə mane olub.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən sıxlıqların vaxtında qarşısının alınması və yollarda nəqliyyat axınının intensivliyini təmin etmək məqsədilə 55 küçə və prospekt üzrə 53 mindən çox “yaşıl dalğa” əmri tətbiq edilib. Yol hərəkəti iştirakçılarının rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə hazırda bu istiqamətdə işlər davam etdirilir.
Avtomobil səkidə piyadaları vurdu – 3 ölü, 3 yaralı - VİDEO
Sumqayıtda bacısı ilə birlikdə faciəvi şəkildə ölən 25 yaşlı Ramalın FOTOsu
"Meyvəli"də "Tofaş"la yük maşını toqquşdu - VİDEO
Şirvanda "Mercedes" və "VAZ" toqquşdu: Dörd nəfər ağır yaralandı - FOTO - YENİLƏNİB
Ağsuda qəza: Yeniyetmə oğlan xəsarət aldı - VİDEO - YENİLƏNİB
Qəza zamanı dirək aşdı - 3 kənd işıqsız qaldı - FOTO - VİDEO - YENİLƏNİB
Sükan arxasında halı pisləşdi, avtomobil mağazaya girdi - VİDEO
Yol səhvləri bağışlamır – Siyəzəndəki qəza ilə bağlı DYP-dən AÇIQLAMA - FOTO
Qardaşı ilə faciəli şəkildə həlak olan qız tələbə imiş - 20 yaşlı Səmanın FOTOsu
Zığ yolunda ağır qəza: Özünü itirən sürücü maşını iki dəfə dəmirlərə çırpdı - VİDEO
Ödənişli yolda ağır qəza - Ölənlər var










