Bakıda "BMW" ilə “QAZ-3110” toqquşdu: 4 yaralı

Bu gecə Bakıda ağır yol qəzası baş verib. APA-nın məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Hadisə Sabunçu rayonu ərazisində, Kürdəxanı qəsəbəsindən keçən yolda baş verib. Kürdəxanı qəsəbəsindən şəhər istiqamətində hərəkətdə olan “BMW” markalı avtomobillə qəsəbə istiqamətində hərəkət edən “QAZ 3110” markalı avtomobil toqquşub. Hadisə nəticəsində "BMW"-də üç, “QAZ-3110”da isə 1 nəfər olmaqla, ümumilikdə 4 nəfər xəsarət alıb. Yaralılar - 32 yaşlı Eşqin Mirzəyev, 22 yaşlı Hacıqulu Quluyev, 44 yaşlı Rafiq Ağarzayev və Tural Hüseynov təcili tibbi yardım avtomobilləri ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar. İlkin müayinə zamanı onların hamısında qapalı kəllə-beyin travması müəyyən edilib. Yaralıların vəziyyəti ağırdır.
Qəza baş verdikdən sonra hadisə yerinə polis əməkdaşları da gəlib. İlkin ehtimala görə, hadisəyə yolun işıqsız olması və yüksək sürət səbəb olub. Faktla bağlı araşdırma aparılır.
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO


















