Bakıda dəhşətli qətl - Sevgilisini öldürüb qaçanda qəzaya düşdü

Bakıda qətl hadisəsi törədilib. Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə Suraxanı rayon Prokurorluğundan məlumat verilib. Hadisə oktyabrın 25-də Suraxanı rayonunun Südçülük Sovxozu ərazisində baş verib. 1965-ci il təvəllüdlü Ağayev Azər Şirməmməd oğlu qeyri-rəsmi ər-arvad münasibətində olduğu 1971-ci il təvəllüdlü Talıbova İlhamə Eynulla qızının yaşadığı mənzilə gələrək onu qətlə yetirib. Sonra şəxsi avtomobili ilə hadisə yerindən uzaqlaşmağa cəhd edən A.Ağayev Suraxanı rayonu ərazisində avtomobili maneəyə çırpıb. Qəza nəticəsində ağır bədən xəsarətləri alan A.Ağayev 3 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












