Bakıda dəhşətli qəza: 2 qadın "Mercedes"in altında qaldı - VİDEO
Qəzalar
30 Avqust 2023 12:49
Oxunub 3420

Bakının Yasamal rayonunda yolu keçmək istəyən 2 qadını maşın vurub.
Avtosfer.az xəbər verir ki, hadisə Mətbuat prospektində baş verib.
V.Göyüşov idarə etdiyi “Mercedes” markalı avtomobillə 1966-cı il təvəllüdlü Təranə Ocaqverdiyeva və 1981-ci il təvəllüdlü Gülnamə Şəmmədovaya ağır xəsarət yetirib. Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb edilib.
Yaralılar xəstəxanaya aparılıblar. Faktla bağlı Yasamal polisində araşdırma aparılır.
Modern.az
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













