Bakıda dəhşətli qəza: İnsult keçirən sürücü piyadanı vurdu - FOTO

Bakının mərkəzində ağır yol qəzası baş verib. Avtosfer.az missiya.az-a istinadən bildirir ki, hadisə Yasamal rayonu, Mətbuat prospekti 23 ünvanında baş verib. "Azərbaycan nəşriyyatı" istiqaməti ilə hərəkət edən 90-ZC -452 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq piyadanı vurub. Hadisəyə səbəb kimi sürücünün sükan arxasında insult keçirməsi qeyd olunur. Vurulan piyadanın vəziyyəti olduqca ağır qiymətləndirilir. Adı hələ bəlli olmayan piyada başından zərbə alıb.
Hadisə yerinə polis və təcili tibbi yardım avtomobilləri cəlb edilib.
***
Məhərrəmov Fərman Azad oğlu idarə etməsində olan "KİA" markalı avtomobillə hərəkətdə olan zaman qəfildən infarkt keçirib. İdarəetmədən çıxan avtomobil yol kənarında hərəkət edən piyada 53 yaşlı Abbasov Fariz Nikolay oğlunu vurub divara çırpıb. Məlum olub ki, sürücü F.Məhərrəmov hadisə yerində dünyasını dəyişib. Bank işçisi olan F.Abbasov isə açıq kəllə-beyin travması, döş qəfəsinin əzilməsi və sol bud nahiyyesində xəsarətlərlə 1 saylı Şəhər Kliniki Tibbi Mərkəzə aparılıb. O, xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Balakəndə “KIA” əvvəl avtomobilə, sonra işıq dirəyinə çırpıldı - VİDEO
Yuxulu sürücü əks yola çıxıb qəza törətdi - ANBAAN VİDEO
Lökbatan-Qobu yolunda avtomobil aşıb - VİDEO - YENİLƏNİB
Qaydanı pozan sürücü qəza törətdi: Cərimə günahsız sürücüyə yazıldı - VİDEO
Aeroport yolunda “Opel”lə marşrut avtobusu toqquşdu - VİDEO - YENİLƏNİB
Paytaxtda ağır qəza: Üç avtomobil toqquşdu - VİDEO
Bərdədə zəncirvari qəza: Dörd nəfər xəsarət aldı - FOTO
Gürcüstanda içində turistlərin olduğu avtobus qayadan aşdı: Ölənlər var - FOTO
Azyaşlı övladı ötən ilin bu vaxtlarında qəzada həlak olubmuş...
Tunelin çıxışında zəncirvari qəza: Üç avtomobil bir-birinə çırpıldı - VİDEO
12 yaşlı Tapdıq ona hədiyyə olunan maşınla yola çıxıbmış - VİDEO














