Bakıda dəhşətli qəza: “Opel” yük maşınının altında qalıb aşdı - VİDEO
Qəzalar
11 Mart 2025 17:30
Oxunub 662

Paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza martın 9-da səhər saatlarında 20-ci sahə adlanan ərazidə qeydə alınıb. Belə ki, hərəkətdə olan 10-AG-021 dövlət nömrə nişanlı “Kraz” markalı yük maşını, 10-RC-982 dövlət nömrə nişanlı “Opel Vita” markalı maşınla toqquşub. İddialara əsasən, qəzaya səbəb yük maşınının qəfil idarəetmədən çıxması olub. Hadisə zamanı avtomobil tamamilə yararsız hala düşüb. Xoşbəxtlikdən sürücü xəsarət almayıb.
Qeyd edək ki, qəzanın görüntüsü sosial şəbəkədə geniş yayılıb. “Opel”in sürücüsü avtomobili parkinqdə saxladığını və yük maşınının anidən onu vurduğunu şərh bölməsində bildirib.
Faktla bağlı araşdırma davam edir.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














