Bakıda dəhşətli qəza: Yük maşını iki bacını vurdu - VİDEO

Qəzalar 3 Oktyabr 2024 22:30 Oxunub 280
Bakıda dəhşətli qəza:  Yük maşını iki bacını vurdu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az “Bakupost.az”a istinadən xəbər verir ki, Biləcəri qəsəbəsində “Şaqman” markalı yük avtomobili yolu keçən iki bacını vurub.

Hadisə nəticəsində 1958-cu il təvəllüdlü Elmira Eyvazova, 1959-cu il təvəllüdlü Cəmilə Eyvazova xəsarət alıblar.

Xəstəxanaya çatdırılan bacılar əməliyyat olunublar.

Cəmilə Eyvazovanın vəziyyətinin ağır olduğu bildirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh