Bakıda dəhşətli qəzada xəsarət alanlardan ikisi evə buraxıldı - VİDEO - YENİLƏNİB

"Qaradağ rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan doqquz nəfərdən ikisi ambulator müalicə üçün evə buraxılıb".
Bu məlumatı Kliniki Tibbi Mərkəzin (KTM) Mətbuat Xidmətinin rəhbəri Ruzbeh Məmməd verib.
"Vəziyyətləri ağır, orta-ağır olan digər yaralıların müalicələri müvafiq şöbələrdə davam etdirilir", - deyə R.Məmməd bildirib.(oxu.az)
***
Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son vəziyyətləri açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Avtosfer.az-a bildirilib ki, aprelin 23-də Qaradağ rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə doqquz nəfər şəxs (altı nəfər kişi cinsli, üç nəfər qadın cinsli) bədənin müxtəlif hissələrinin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.
"Yaralılara zəruri tibbi xidmətlər göstərilib, müayinələr olunub. Onlardan üç nəfər əməliyyata alınıb, bir nəfər Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir", - deyə məlumatda bildirilir.
***
Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində baş verən dəhşətli qəza zamanı xəsarət alanların adları məlum olub.
Oxu.Az Bakupost-a istinadən xəbər verir ki, müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslərdən bəziləri Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdiriliblər.
Yaxınlarının sözlərinə görə, onların vəziyyəti ağırdır. Bir neçə yaralı isə digər şöbələrə yerləşdirilib. Yaralılardan ikisinin qardaş olduğu bildirilir.
Xəsarət alan şəxslər:
- Tural Hüseynov;
- Adəm Mirzəyev;
- Sultan Sultanlı;
- Ramal Məlikov;
- Ramin Məlikov;
- Həsən Qasımzadə.
***
Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində "Lada" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az "Bakupost"a istinadən xəbər verir ki, qəza nəticəsində 10-a yaxın şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfillinin verdiyi məlumata görə, aprelin 23-də saat 17:50-də paytaxtın Qaradağ rayonu ərazisində "Lada" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində iki sərnişin aldıqları xəsarətlərdən hadisə yerində ölüb.
Yol-nəqliyyat hadisəsi ilə bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb.
Hazırda istintaq aparılır.
***
Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində "Mercedes Sprinter" markalı mikroavtobusun aşması nəticəsində ağır qəza baş verib.
Avtosfer.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə nəticəsində xeyli sayda şəxs yaralanıb.
Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.
Şəmkirdə idarəetmədən çıxan maşın beton arakəsməyə çırpıldı - VİDEO
Bakıda qəza: Avtobus 3 maşını əzib SOCAR-ın binasına çırpıldı - VİDEO - YENİLƏNİB
Ağır QƏZA: SÜRÜCÜ ÖLDÜ - FOTO - YENİLƏNİB
İsmayıllıda qəzada həlak olan iş adamının FOTOsu
Göygöldə AĞIR QƏZA: Ölən və yaralananlar var - YENİLƏNİB
Kayseridə sərnişin avtobusu yanacaq daşıyan tankerlə toqquşdu: 38 yaralı
Hava limanı yolunda zəncirvari qəza - Üç maşın toqquşdu - VİDEO
Anasının gözləri qarşısında maşın vurub öldürdü - VİDEO
Bu gün yeni restoranının açılışı olacaqdı; qəzada ÖLDÜ - FOTO
Dəhşətli QƏZA: ÖLƏN VAR
Bakının mərkəzində AĞIR QƏZA: 32 yaşlı kişi ÖLDÜ













