Bakıda dəhşətli yol qəzalarının görüntüləri YAYILDI - Hər şey bir saniyədə baş verir - VİDEO

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ani diqqətsizlikdən yaranan dəhşətli qəzaların görüntülərini yayıb.
Avtosfer.az bildirir ki, NİİM yaydığı müraciətdə yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan əsas amillərdən birinin sürücülərin ehtiyatsızlığından yaranan diqqətsizlik olduğunu göstərib.
"NİİM-in müşahidə kameralarının qeydə aldığı qəzaların təhlilləri göstərir ki, sükan arxasında telefondan istifadə və ya bir anlıq belə olsa, diqqəti yayındıran hər hansı fəaliyyət yol-nəqliyyat hadisəsinə səbəb olur. Hərəkət zamanı qarşıdakı avtomobil qırmızı işıqda dayandıqda, piyadaya yol verdikdə və ya gözlənilməz maneə yarandıqda sürücünün diqqətinin cəmi bir neçə saniyəlik yayınması qəzanı qaçılmaz edir.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücüləri bir daha diqqətli olmağa çağırır: Hərəkət zamanı sükan arxasında telefondan istifadə etməyin, fikrinizi yalnız yola və nəqliyyat vasitəsinin idarəedilməsinə yönəldin.
Unutmamaq lazımdır ki, yollarda göstərdiyiniz diqqət və məsuliyyət sizi qəzadan qoruya bilər", - müraciətdə bildirilir.
Avtomobili qaz xəttinə çırpıldı - 160 abonent qazsız qaldı - FOTO
Yük maşınına çırpılan “Chevrolet” dərəyə düşdü - VİDEO
Qadın sürücü zəncirvari qəzaya səbəb oldu, özü isə yaralandı - VİDEO
Ağ şəhərdə avtomobil yol kənarındakı dirəyə çırpıldı - VİDEO
18 yaşlı Aydənin öldüyü hadisənin görüntüləri - VİDEO
Suraxanıda idarəetmədən çıxan “VAZ” ağaca çırpıldı - VİDEO
Zığ yolunda baş verən zəncirvari qəzanın ANBAAN VİDEOsu
Bakıda qəza: “Nissan” bordürə çıxaraq işıq dirəyinə çırpıldı - VİDEO
Toy karvanında həlak olan gənclərin FOTOsu
Sükan arxasında telefondan istifadə CAN ALDI - FOTO
"BMW" ağaca çırpıldı, 2 azərbaycanlı həlak oldu - Toy kortejində qəza - FOTO











