Banner

Bakıda evakuator aşdı, yola yağ və yanacaq dağıldı - FOTO - VİDEO

Qəzalar 5 Noyabr 2025 10:06 Oxunub 498
Bakıda evakuator aşdı, yola yağ və yanacaq dağıldı - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı şəhəri, Xətai rayonu Zığ-Beton yolunun kəsişməsində evakuatorun idarəetməni itirərək magistral yolda aşıb. Hadisə nəticəsində yola yağ və yanacaq dağılıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Daxil olan məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində avtomobilin aşması nəticəsində ətrafa dağılmış yağ və yanacaq yuyularaq mümkün yanğın təhlükəsi aradan qaldırılıb.

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh