Bakıda evakuator avtomobillərə çırpılıb - Yük avtomobili yola aşıb - FOTO - VİDEO
Qəzalar
4 Noyabr 2022 10:18
Oxunub 3586

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfərin ayağı sınıb.
Avtosfer.az xəbər verir ki, Şamil Kamilov və Sakit Qocayev küçələrinin kəsişməsində qeydə alınıb.
Evakuatoru idarə edən sürücü sükana nəzarəti itirib. Bu zaman evakuatorun üzərində olan yük avtomobili piyadanın üzərinə düşüb. Nəticədə piyada ağır xəsarət alıb. Bundan başqa idarəetmədən çıxan evakuator kəsişmədə olan “Opel” markalı maşına, daha sonra “Toyota” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində “Opel”in sürücüsü də xəsarət alıb.
Qəza nəticəsində Sakit Qocayev küçəsində tıxac yaranıb. Yol polisinin əməkdaşları nəqliyyatın hərəkətini tənzimləyiblər.
Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.
apa
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













