Bakıda eyni yolda baş verən iki qəzanın ANBAAN VİDEOsu

Paytaxtın Sabunçu rayonu, Maştağa-Zabrat yolunda son bir neçə gün ərzində iki yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, Oxu.az-ın əldə etdiyi görüntülərdəki qəzalardan biri yanvarın 3-də, digəri isə dünən qeydə alınıb.
Qeyd edək ki, sözügedən yolda eyni tip yol-nəqliyyat hadisələrinin tez-tez baş verməsi müzakirə mövzusu olub. Yanvarın 3-də, saat 8:44-də qeydə alınmış qəzada sürücü "Toyota Land Cruiser" markalı avtomobilin idarəetməsini itirib və nəqliyyat vasitəsi dərəyə aşıb.
İkinci, zəncirvari qəza hadisəsi isə yanvarın 6-da, saat 10:43-də qeydə alınıb. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Bir çox sürücülər sözügedən ərazidə bu cür hadisələrin tez-tez baş verməsinə səbəb kimi yoldakı işıqforun düzgün quraşdırılmasının əsas gətirilər.
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov bildirib ki, ərazidəki işıqforun düzgün quraşdırılmaması ilə bağlı səslənən fikirlər həqiqətə uyğun deyil.
"Sabunçu rayonu, Maştağa-Zabrat yolundakı kəsişmədə işıqforlarla bağlı problem yoxdur. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin təhlillərinə əsasən, bu istiqamətdə hərəkət edən bəzi sürücülər yol-hərəkəti qaydalarına əməl etmirlər.
Belə ki, nəqliyyat vasitələrini sürətlə idarə edir və düzgün ara məsafəsi saxlamırlar, nəticədə yol-nəqliyyat hadisələri baş verir. Qeyd edilən səbəblərdən artıq bu ilin bir neçə günü ərzində qəzalar da olub", - deyə Ö.Xıdırov bildirib.
Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər - VİDEO - YENİLƏNİB
Şamaxıda yük maşını aşdı: 9 ton meyvə ətrafa dağıldı - VİDEO
Füzulidə baş verən qəzada ölən məktəblilər dəfn edildi - FOTO
Biləcəri yolunda qəza: Avtomobillərdən biri ağaclara çırpılıb - VİDEO
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO












