Bakıda faciə: qadın maşınla kişinin üstündən keçdi

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az lent.az-a istinadən bildirir ki, paytaxt sakini, 1973-cü il təvəllüdlü Manafova Pərvin Əli qızı idarə etdiyi "Baic" markalı, 90 AU 871 dövlət qeydiyyat nişanlı avtomobillə 3-cü mikrorayon Asif Məhərrəmov küçəsində 1952-ci il təvəllüdlü Rövşən Qasımovun üstündən keçib. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən piyadanın həyatını xilas etmək mümkün olmayıb və oktyabrın 8-də o, xəstəxanada vəfat edib.
İlkin araşdırma zamanı P.Manafovanın idarə etdiyi avtomobilin Murtuza Muxtarov küçəsində qeydiyyatda olan MMC-yə məxsus olduğu müəyyən edilib. Bəlli olub ki, P.Manafovanın sürücülük vəsiqəsi yoxdur və heç bir sənəd olmadan nəqliyyat vasitəsini idarə edirmiş.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB












