Bakıda fəhlə maşının altında can verdi – VİDEO

Paytaxtın Xətai rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az arbtv-yə istinadən xəbər verir ki, hadisə Nobel prospektində qeydə alınıb. “Mercedes” markalı avtomobil piyada keçidinin olmadığı ərazidə yolu keçən Tovuz rayon sakini 23 yaşlı Elsevər Mahmudzadəni vurub. Zərbənin gücündən piyada yan tərəfdə hərəkət edən “Mercedes”in ön şüşəsinə çırpılıb və nəticədə dünyasını dəyişib. Hadisə yerinə Xətai Rayon Polis İdarəsi və Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları cəlb olunublar. Elşən Xanəndəyev (hadisə şahidi): “Biz arxadaydıq. Elə mən baxdım ki, nəsə dəydi. Ancaq hiss etmədim bunu vurduğunu. Baxdım ki, maşın saxladı. Elə bildim maşın maşına dəyib. Bir də gördüm ki yox, burdadı”. Araşdırma zamanı məlum olub ki, tikintidə fəhləliklə məşğul olan Elsevər Mahmudzadə, paytaxtda qohumları ilə birlikdə kirayədə yaşayırmış. O, axşam işdən çıxıb evə gedərkən qəzaya düşüb. Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












