Bakıda film kimi qəza; 8 maşın toqquşdu - FOTOLAR

Bakıda yük maşını zəncirvari yol qəzası törədib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib. Prospektdəki tunelin çıxışında İmişli rayon sakini Xəlilov Savalan Komsomol oğlunun idarə etdiyi “Kamaz” markalı yük maşını ətrafında hərəkətdə olan avtomobilləri vurub. Nəticədə 8 maşın bir-birinə dəyib. Sürücünün bildirdiyinə görə, onun avtomobili çınqılla yüklü olub. Ziya Bünyadov prospektində hərəkətdə olarkən "VAZ-2104" markalı avtomobil manevrlər etməklə onu çaşdırıb və nəticədə qəza baş verib. Savalan Xəlilov deyib ki, o, avtomobili aşağı sürətlə idarə edirmiş. "VAZ-2104" markalı avtomobilin sürücüsü isə "Kamaz"-ın yüksək sürətlə hərəkətdə olduğunu, sürücünün yüklü avtomobili saxlamaqda çətinlik çəkdiyini iddia edir. Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib. Avtomobillərdən birindəki hamilə qadın özünü pis hiss etdiyindən hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində araşdırma aparıblar. Qəzanın səbəbləri dəqiqləşdirilir.


Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ

















