Bakıda "Hyundai" aşdı: hadisə yerində oğurluq oldu - FOTOLAR

Bu gün saat 16:00 radələrində Heydər Əliyev prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib. Aeroport istiqamətində hərəkət edən “Hunday Tucson” markalı avtomobil Bakı Nəqliyyat Agentliyinin qarşısında “Renault” markalı avtomobillə toqquşaraq aşıb. Avtosfer.az-ın əməkdaşı hadisə yerindən xəbər verir ki, həmin yolda ciddi tıxac yaranıb. Hər iki avtomobil evakuator vasitəsilə ərazidən uzaqlaşdırılıb. Ehtimal olunur ki, hadisə ötmə-manevr qaydalarının pozulması nəticəsində baş verib. Qəza nəticəsində iki nəfər yaralıb, vəziyyətləri ağırdır.
Hadisə zamanı digər bir maraqlı hal baş verib. Belə ki, ənənəvi olaraq 100-ə yaxın maşın yolun kənarında saxlayaraq qəzanı seyr etməklə məşğul imiş. Avtomobillərin birindən 30-35 yaşlı bir nəfər pul çantasını oğurlamağa cəhd edib. Həmin avtomobilin sahibi də maşının qapısını açıq qoyaraq qəzanı seyr edirmiş. Lakin ərazidə olan Nizami rayon 23-cü polis bölməsinin əməliyyatçısı onu yerindəcə həbs edib. Avtosfer.az hadisə yerindən fotoları təqdim edir:
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
















