Banner

Bakıda "Hyundai" yolayrıcında qarşısına çıxan "Galik"i vurub aşırdı - VİDEO

Qəzalar 18 İyul 2025 14:55 Oxunub 3190
Bakıda "Hyundai" yolayrıcında qarşısına çıxan "Galik"i vurub aşırdı    - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Xətai rayonu, Mehdi Mehdizadə küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza iyulun 18-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “Hyundai” markalı maşın, 90-HO-500 dövlət nömrə nişanlı “Mercedes Gelandewagen” markalı avtomobillə toqquşub. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb “Gelandewagen” sürücüsünün yolayırıcının keçilməsi qaydasını pozması olub. Nəticədə “Hyundai”ya çırpılan maşın zərbənin təsirindən aşıb. Hadisə zamanı hər iki nəqliyyat vasitəsinə və yol infrastrukturuna maddi ziyan dəyib. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh